Təlim-tədrisin məzmunu
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin təşkilatçılığı ilə 23 noyabr 2023-cü il tarixində “Xarici bazarlara satışın təşkili” mövzusunda təlim keçiriləcək.
Təlim çərçivəsində yerli istehsalın xarici bazarlara çıxarılması üçün hədəf kütlənin təyini, potensial müştərilərə uyğun satış kanallarının tapılması, qiymət siyasətinin düzgün təşkili və müştəri məmnuniyyətinin formalaşdırılması istiqamətində müzakirələr aparılacaq.
Həmçinin tədbirdə aşağıdakı mövzular haqqında danışılacaq:
Məhsulun doğru təqdimatı;
Satış həcminin artırılması üçün qiymət texnikası;
Xarici bazarın xüsusi hallarını təyin etmə;
Sərgi və digər netvorkinq tədbirləri;
Davamlı satış üçün zəruri şərtlər.
Ən son təlim-tədrislər