Təlim-tədrisin məzmunu

“Rəqabətqabiliyyətli və ixracyönümlü biznes planın hazırlanması”

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin təşkilatçılığı ilə “Rəqabətqabiliyyətli və ixracyönümlü biznes planın hazırlanması” mövzusunda təlim keçiriləcəkdir. Təlimin keçirilməsində məqsəd milli istehsal sektorunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin ixrac strategiyası üçün biznes planın hazırlanmasından ibarətdir.

Təlimçi - Cavid Abasov bakalavr təhsili İqtisad Dövlət Universitetində Türk dünyası işlətmələr fakultəsi-nin “Biznesin idarəsi” və Magistr təhsili isə Kocaeli Universitetində “Marketinq və istehsalın idarəedilməsi” ixtisası olmuşdur. Bir sıra uğurlu layihələrin təsisçisi və meneceri, Hyundai Azerbaijan şirkətində marketinq menecer, Sumqayıt Texnologiyalar Park-ında Korporativ əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 5 ilə yaxındır ki, biznes plan təcrübəsi olan Cavid Abasov hal hazırda “Onevision Business Solutions” şirkətinin həm-təsisçisi və direktoru vəzifəsində çalışmaqdadır.

İxracyönümlü istehsal və xidmətə keçid üçün idarəetmə və yanaşmalarda dəyişikliklər, xərclərin optimallaşdırması kimi planın hazırlanması sahibkarlıq subyektləri tərəfindən “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinə edilən müraciətlər əsasında təşkil edilir.

“Rəqabətqabiliyyətli və #ixracyönümlü biznes planın hazırlanması” mövzusunda keçiriləcək təlimdə texnoloji inkişafa keçid, rəqabətqabiliyyətli məhsulun formalaşdırılması, ixrac üçün yaradılan mühitdən yararlanma, həvəsləndirici proqnozlara uyğun işlərin təşkili, qlobal və hədəf bazar strategiyası , markalanma siyasəti və effektiv ixracat planı mövzularına toxunulacaq, sahibkarların sualları cavablandırılacaqdır.