Xidmətlər

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi

"Bir Pəncərə" İxraca Dəstək Mərkəzində İqtisadiyyat Nazirliyi tərəfindən ölkədən ixrac olunan bütün mallara mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsi həyata keçirilir

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi

"Bir Pəncərə" İxraca Dəstək Mərkəzində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən nəsli kəsilməkdə olan vəhşi fauna və yabanı flora növlərinin ixracı üçün beynəlxalq CITES icazə/sertifikatının verilməsi həyata keçirilir.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

"Bir Pəncərə" İxraca Dəstək Mərkəzində Mədəniyyət Nazirliyi tərəfindən mədəni sərvətlərin (xalçalar, rəsmlər, musiqi alətləri, samovarlar, zərgərlik məmulatları və s.) ixracına mühafizə şəhadətnaməsi verilməsi həyata keçirilir.

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi

Bir Pəncərə İxraca Dəstək Mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən dini təyinatlı ədəbiyyatın, audio və video materialların, mal və məmulatların,dini məzmunlu başqa məlumat materiallarının ixracı üçün razılıq sənədin verilməsi həyata keçirilir.

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi

"Bir Pəncərə" İxraca Dəstək Mərkəzində ixrac edilən heyvanlara, heyvan mənşəli məhsullara və xammala beynəlxalq baytarlıq sertifikatının verilməsi; bitki və bitkiçilik məhsullarının ixracına (təkrar ixracına) fitosanitar (təkrar ixrac fitosanitar) sertifikatının verilməsi; Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracı üçün QTS-nın verilməsi.