"Bir Pəncərə" İxraca Dəstək Mərkəzi

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində fəaliyyət göstərən "Bir Pəncərə" İxraca Dəstək Mərkəzinə müraciət edən ixracatçılar üçün bütün müvafiq şərait yaradılıb. Sahibkarlar ixrac etdikləri məhsullara baytarlıq və fitosanitar, keyfiyyət, mənşə, vəhşi fauna və yabanı flora növlərinin ixracı üçün sertifikatları "Bir Pəncərə"dən alırlar. Eyni zamanda mədəni sərvətin mühafizəsi şəhadətnaməsi və dini ədədbiyyatın ixracına razılığı da buradan almaq olar. Sahibkarlar həmçinin "Bir Pəncərə" İxraca Dəstək Mərkəzindən müxtəlif sahələrdə məsləhətlər alır, Azexport portalı üzərindən ixrac imkanlarını genişləndirir və Rəqəmsal Ticarət Qovşağının elektron xidmətlərindən də yararlanırlar.

Fayl