Xəbərin məzmunu

Müdafiə Sənayesi Nazirliyində “Heydər Əliyev İli” ilə bağlı forum keçirilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Müdafiə Sənayesi Nazirliyinin “Heydər Əliyev İli” çərçivəsində təşkil etdiyi “Ulu Öndər Heydər Əliyevin şah əsəri - müstəqil və müasir Azərbaycanın lideri İlham Əliyevin rəhbərliyi ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də müdafiə sənayesinin yeri və rolu” mövzusunda forumda çıxış edib.


İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Müdafiə Sənayesi Nazirliyinin “Heydər Əliyev İli” çərçivəsində təşkil etdiyi “Ulu Öndər Heydər Əliyevin şah əsəri - müstəqil və müasir Azərbaycanın lideri İlham Əliyevin rəhbərliyi ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də müdafiə sənayesinin yeri və rolu” mövzusunda forumda çıxış edib. Forumda Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Mədət Quliyev və Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyevin də məruzələri də dinlənilib. 
Qeyd olunub ki, iqtisadi inkişafın təmin olunması, ölkənin müdafiə qabiliyyətinin daha da möhkəmləndirilməsi və Silahlı Qüvvələrin maddi-texniki təminatında idxaldan asılılığın azaldılmasında müdafiə sənayesinin rolu böyükdür. Forumda Müdafiə Sənayesi Nazirliyinin Aparatının, tabeli birlik və müəssisələrinin rəhbər işçiləri, Vətən müharibəsi iştirakçıları və digər əməkdaşlar iştirak ediblər.