Xəbərin məzmunu
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin baş analitiki Günay Quliyeva 25 fevral 2022-ci il tarixində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən “İnklüziv və davamlı inkişaf üçün vergi islahatlar
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin baş analitiki Günay Quliyeva 25 fevral 2022-ci il tarixində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən “İnklüziv və davamlı inkişaf üçün vergi islahatları: rəqəmsal transformasiya ilə könüllü əməletməyə doğru” mövzusunda keçirilən Vergi Forumunda iştirak edib. Forumda dövlət qurumları, beynəlxalq və qeyri-hökumət təşkilatları, sahibkarların ictimai birlikləri və millət vəkilləri iştirak edib.
Görüşdə iqtisadi inkişafda mühüm rolu olan vergi sisteminin cari vəziyyəti və yeni hədəflər, biznes mühiti üçün çağırışlar və şəffaflığın artırılması, rəqəmsal vergi inzibatçılığının daha da təkmilləşdirilməsi və innovativ həllər istiqamətlərində müzakirələr aparılıb.
Ən son xəbərlər