Xəbərin məzmunu
“İxrac icmalı”nın iyun sayına əsasən, 2022-ci ilin yanvar-may ayları ərzində Azərbaycanın ixracı 15,4 mlrd. ABŞ dolları, qeyri-neft sektoru üzrə 1,2 mlrd. ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2021-ci il ilə müqayisədə 280,6 mln. ABŞ dolları və ya 30,9% artıb.

2022-ci ilin yanvar-may ayları ərzində meyvə-tərəvəz məhsulları ötən ilin eyni dövrü ilə müqayisədə 6,4% artaraq 219,2 milyon ABŞ dolları təşkil edib. Müvafiq dövr ərzində kimya sənayesi məhsullarının ixracı 8 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 2 dəfə, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 49,8%, pambıq iplik ixracı 23,7%, pambıq lifi ixracı isə 14,5% artıb.
2022-ci ilin may ayı üzrə ixrac 3,6 mlrd ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixracda artım 5,7% təşkil etməklə 222,4 mln. ABŞ dolları olub. 2022-ci ilin may ayı ərzində yeyinti məhsulları üzrə ixrac 66,4 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 24,7% artaraq 156 milyon ABŞ dolları təşkil edib.
Ən son xəbərlər