Xəbərin məzmunu

18 may - 20 iyun 2022-ci il tarixlərində malın mənşə ölkəsini təsdiq edən sertifikatlar İİTKM-də veriləcək

“Formula 1 Azərbaycan Qran Pri” yarışının keçirilməsi ilə əlaqədar İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin yerləşdiyi “Hökumət Evi”ni əhatə edən yollarda hərəkət məhdudlaşdırılacaq.


 Bununla əlaqədar 18 may - 20 iyun 2022-ci il tarixlərində  malın mənşə ölkəsini təsdiq edən sertifikatlar İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində təqdim olunacaq.