Xəbərin məzmunu
“İxrac icmalı” nın mart sayına əsasən, 2022-ci il ərzində Azərbaycanın ixracı 6 mlrd. ABŞ dolları, qeyri-neft sektoru üzrə 461,8 mln. ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2021-ci il ilə müqayisədə 130,6 mln. ABŞ dolları və ya 39,4% artıb
“İxrac icmalı” nın mart sayına əsasən, 2022-ci il ərzində Azərbaycanın ixracı 6 mlrd. ABŞ dolları, qeyri-neft sektoru üzrə 461,8 mln. ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2021-ci il ilə müqayisədə 130,6 mln. ABŞ dolları və ya 39,4% artıb.
2022-ci ilin meyvə-tərəvəz məhsulları ötən ilin eyni dövrü ilə müqayisədə 21,9 mln ABŞ dolları artaraq 92,3 milyon ABŞ dolları təşkil edib. Müvafiq dövr ərzində kimya sənayesi məhsullarının ixracı 9 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 57,4%, pambıq lifi ixracı 38,3%, pambıq ipliyi ixracı 35,2%, qara metallar və onlardan hazırlanan məmulatların ixracı16,5% artıb.
Normallaşma prosesinin davam etdiyi dövrdə 2022-ci ilin fevral ayı üzrə ixrac 2,9 mlrd ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixracda artım 24% təşkil etməklə 229,6 mln ABŞ dolları olub. 2022-ci ilin fevral ayı ərzində yeyinti məhsulları üzrə ixrac ötən ilin müvafiq ayı ilə müqayisədə 19,4% artaraq 51,7 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 25,4% artaraq 177,9 milyon ABŞ dolları təşkil edib.
Ən son xəbərlər