Teaching-training content

“Müasir iqtisadi inkişaf kontekstində Azərbaycanda idarəçilik”

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi tərəfindən ixracatçı sahibkarlara “Müasir iqtisadi inkişaf kontekstində Azərbaycanda idarəçilik” mövzusunda tədbir keçiriləcək. Tədbir maarifləndirici xarakter daşıyaraq ixracatçılara müasir idarəetmə prinsiplərini öyrədəcək.

Tədbir çərçivəsində peşəkar idarəçi Fahri Agayev öz təcrübələrini bölüşəcəkdir. Fəxri Ağayev peşəkar idarəçi və biznes konsultant, uzun müddət yerli və xarici şirkətlərdə rəhbər vəzifələrdə işləmiş, Azərbaycan işadamları və sahibkarları klubunun qurucusudur.

“Müasir iqtisadi inkişaf kontekstində Azərbaycanda idarəçilik” mövzusunda tədbir 22 yanvar 2019-cu il İİTKM-in inzibati binasında (Ünvan: Bakı ş, Yasamal r, L.Landau küçəsi 16) təşkil olunacaq. Tədbirdə iştirak etmək istəyən şəxslər http://iqtisadiislahat.org/registration/ link vasitəsilə qeydiyyatdan keçə bilər.