News content

“Xarici bazarlara satışın təşkili” mövzusunda təlim keçirilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin təşkilatçılığı ilə “Xarici bazarlara satışın təşkili” mövzusunda təlim keçirilib.


Satış üzrə ekspert Altay Əliyevin apardığı təlimdə yerli istehsalın xarici bazarlara çıxarılması, mövcud bazarların fərqi, ixrac biznes strategiyası və davamlı satış üçün zəruri şərtlər barəsində məlumat verilib. Həmçinin məhsulun doğru təqdimatı və satış həcminin artırılması üçün qiymət texnikasının əhəmiyyəti vurğulanıb. Altay Əliyev satışın mahiyyəti, hədəf kütlənin düzgün müəyyən olunması və effektiv satışın nüansları barədə geniş məlumat verib.

Eyni zamanda ixrac üçün planlaşdırılan məhsulların seçimi zamanı əsas tələblər, markaların standartlara uyğunlaşdırılması, görüntü və qablaşdırma, ixrac zamanı markaların adaptasiyası, marketinq kommunikasiyaları kimi mövzularında geniş müzakirələr aparılıb.

Təqdimatdan sonra təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Daha sonra təlim iştirakçıları arasında bazarda rəqiblərin davranışlarının müəyyən olunması üçün  strateji oyunlar təşkil olunub.