News content

“Rəqəmsal CAREC: Regional rəqəmsal fərq” mövzusunda görüş keçirilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Layihələr departamentinin rəhbəri Vüsalə Cəfərova Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq İnstitutu (CAREC), İslam İnkişaf Bankı (İİB) və Asiya İnkişaf Bankı İnstitutunun (ADBI) birgə keçirdiyi


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Layihələr departamentinin rəhbəri Vüsalə Cəfərova Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq İnstitutu (CAREC), İslam İnkişaf Bankı (İİB) və Asiya İnkişaf Bankı İnstitutunun (ADBI) birgə keçirdiyi “Rəqəmsal CAREC: Regional rəqəmsal fərq” mövzusunda dəyirmi masada iştirak edib.

Görüşdə CAREC üzv ölkələrindən olan nümayəndələr rəqəmsal boşluqlar, bu sahədə investisiya imkanları və həyata keçiriləcək tədbirlərə dair müzakirələr aparıblar. Tədbirdə qeyd edilib ki, rəqəmsal xidmətlərin əlçatanlığının artırılması bu gün inkişaf etməkdə olan ölkələrdə əsas prioritetlərdən sayılır.

Sonda dəyirmi masada beynəlxalq ekspertlər bir araya gələrək CAREC İnstitutu və İslam İnkişaf Bankının birgə apardığı tədqiqatları təqdim ediblər. CAREC regionunda rəqəmsal boşluğun təhlili üzrə tədqiqatın ümumi nəticələrində rəqəmsal xarici birbaşa investisiyalar, rəqəmsal təhlükəsizlik, rəqəmsal qeyri-bərabərlik, əlçatanlıq, rəqəmsal ödənişlər və internet xərcləri mövzuları təhlil edilərək iştirakçıların diqqətinə çatdırılıb.