News content
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “EnterpriseAzerbaijan” portalı və ABB-nin “Sahibkarlar klubu”nun birgə həyata keçirdiyi “Azərbaycanda startap layihələrinin dəstəklənməsi” layihəsi çərçivəsində hazırlanan videoçarxların təqdimatı olub.
Müsabiqə nəticəsində seçilən “Safe Access Systems”, “W-ball”, “Cardoctor” və “TicketSetup” startapları öz layihələri haqqında tanıtım videolarını təqdim ediblər.
Təqdimat zamanı bildirilib ki, startaplar seçilərkən layihələrin innovativliyi, yeni texnologiyalara əsaslanması, beynəlxalq bazarlara çıxış potensialı və s. kimi meyarlar nəzərə alınıb. Növbəti mərhələdə bu startapların “Kickstarter” platforması vasitəsilə xarici bazarlara çıxarılması nəzərdə tutulub.
Qeyd edək ki, Azexport və EnterpriseAzerbaijan portalı innovativ startap layihələri ilə əməkdaşlıqda maraqlıdır.
Latest news